Xəbər lenti

Yunis Hüseynov: “Qarabağ” hücumda oynayacaq ki, ilk 15 dəqiqədə qol vursun”
İdman14:00 21.02.2022

Yunis Hüseynov: “Qarabağ” hücumda oynayacaq ki, ilk 15 dəqiqədə qol vursun”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” bir neçə gündən sonra Konfrans Liqasında taleyüklü oyuna çıxacaq. Bakıda doğma azarkeşlərin gözü qarşısında Fransanın tanınmış klublarından olan "Marsel”lə qarşılaşacaq Ağdam təmsilçisinin növbəti mərhələyə çıxmaq şansları haqda fikrlər müxtəlifdir. Əksəriyyət "Qarabağ”ın belə şansı qalmaması haqda fikirlərini önə sürsə də paytaxtda baş tutacaq qarşılaşmada tam əksini söyləyənlər də var. Elə Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov da nikbin fikirləri olanlardandır.
O, Qaynarinfo-ya "Qarabağ”ın şansları haqda danışarkən bunları söylədi: 
"Qarabağ” Fransada çox əla təsir bağışladı. Bunu hamı deyir, nəinki mən. Yaxşı mübarizə apardılar. Ancaq bilirsiniz necədir, belə oyunlarda qol imkanlarından maksimum şəkildə yararlanmalısan. Bəzi futbolçular həmin vəziyyətlərdən istifadə edə bilmədilər. Buna baxmayaraq qol imkanları çox oldu. Yadınıza gəlirsə, "Bazel”lə qarşılaşmaya "Qarabağ” həddindən artıq yaxşı başlamışdı. Həmin oyunda komanda qol da vurdu. Əfsuslar olsun ki, hakim qeydə almadı. O qolu hesaba alsaydılar, inandırım sizi, bəlkə də "Qarabağ” qrupu lider kimi tamamlayardı. "Marsel”lə oyunda da yaradılan qol vəziyyətlərindən istifadə etsəydilər qalib gələ bilərdilər. Bakıda bir qədər istəkli olsalar qələbə qazana bilərlər”.
Hüseynov Bakıda "Marsel”ə qalib gəlməyin mümkünlüyünü də bildirdi: "Bəli, "Qarabağ” göstərdi ki, bu mümkündür. Bir neçə gün öncə Fransa millisinin əvvəlki baş məşqçisi Raymon Domenek də "Qarabağ”ın "Marsel”i "sürüdyünü” demişdi. Amma rəqib ağıllı oynamışdı. Onu da deyim ki, futbolçuların individual bacarıqlarının hesabına qalib gəldilər. Həddindən artıq güclü futbolçulardır. Amma "Qarabağ” kollektiv şəkildə daha yaxşı oynadı. Burdakı oyunda da "Qarabağ” azarkeşlərin də dəstəyi ilə yaxşı mübarizə aparıb qalib gələ bilər. "Marsel”i aşağılamıram, onların heyətində yaxşı fərdi bacarıqlara malik futbolçular var”.
Bəs "Qarabağ” Bakıda necə oynamalıdı” sualına Hüseynov belə cavab verdi:
"Mənə elə gəlir "Marsel”l oyunda açıq futbol oynamaq çətin olar. Məncə, komanda başlanğıcdan etibarən hücumda oynayacaq ki ilk 15 dəqiqədə qol vursunlar. Bundan sonra oyunun taleyini həll edə bilərlər. "Qarabağ” həmişə ilk 15 dəqiqəni hücumda keçirir ki,  oyunun müqəddəratını tez həll etsin. Düşünürəm ki, bu taktikanı seçəcəklər”.
Səbuhi Həsənov