Xəbər lenti

"Yuventus"dan Ronaldonu kölgədə qoyan transfer (FOTOLAR)
İdman05:17 19.07.2018

"Yuventus"dan Ronaldonu kölgədə qoyan transfer (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ya "Real"dan Kriştiano Ronaldonu heyətinə qatmaqla diqqətləri üzərinə çəkən "Yuventus" növbəti səs-küylü transferini edib.
Qaynarinfo xəbər verir ki, Turin klubu qadın komandasının heyətinə İsveç millisinin üzvü Petronella Ekrotu qatıb. 28 yaşlı müdafiəçi "Dyurqarden" klubundan alınıb. 
İmza mərasimindən sonra "Yuventus" forması ilə poz verən isveçli futbolçu üçün sosial mediada "Yuventus"dan Ronaldonu kölgədə qoyan transfer" şərhləri yazılıb.
Qeyd edək ki, "Dyurqarden"lə iki dəfə İsveç çempionu olan Petronella Ekrot bu komandada keçirdiyi 149 oyunda 10 qol vurub. "Yuventus"un qadın komandası isə B seriyasında son mövsümü 5-ci yerdə başa vurub.