Xəbər lenti

Zabratda evləri su basdı - VİDEO
Ölkə16:46 19.04.2016

Zabratda evləri su basdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Zabrat gölündə suyun səviyyəsinin artması ətrafdakı yaşayış yerlərini və Bakı İstintaq Təcridxanasını təhlükə altında qoyub. Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası isə məsələ ilə əlaqədar aidiyyəti qurumlarına arayış hazırlayır.
"Xəzər Xəbər" bildirir ki, gölün kənarında xeyli uçqun baş verib, evlərin zirzəmiləri su ilə dolub. Vəziyyətə görə bir çox evdə yaşayış yoxdur.
Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyir ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara arayış hazırlanır.
Zabrat gölündə suyun səviyyəsinin qalxmasına ərazidəki yaşayış evlərindən çirkab sularının axıdılması və qrunt sularının yer səthinə qalxması səbəb olub.
Qaynarinfo.az