Xəbər lenti

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin basazında
Ölkə06:01 20.12.2013

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin basazında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə əlaqədar fikirlərini bölüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib.

Modern.az-ın məlumatına görə, müdafiə naziri aviasiya poliqonuna baxış keçirib və müxtəlif təyinatlı hərbi aviasiya atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.

Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə əlaqədar fikirlərini bölüşüb, aviasiya poliqonunun
abadlaşdırılması, yeni hədəflərin quraşdırılması, müasir taktiki şəraitin yaradılması və baxış meydançasının genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev də iştirak edib.

Qaynar.info