
Cəsur Sümərinli: “Onun Səfər Əbiyevlə əlaqələri araşdırılır”
Azərbaycan prezidentinin sərəncamı ilə müdafiə naziri vəzifəsinə təyin edilmiş general-polkovnik Zakir Həsənovun işdən çıxardığı yüksək rütbəli zabitlərdən biri haqqında həbs qəti imkan tədbiri seçilib. Musavat.com-un məlumatına görə, bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli öz facebook profilində yazıb: “Qeyri-rəsmi məlumatlara görə, Zakir Həsənovun vəzifədən çıxartdığı yüksək rütbəli şəxslərdən biri haqqında həbs qəti imkan tədbiri seçilib... Onun Səfər Əbiyevlə əlaqələri araşdırılır... Məlumatı dəqiqləşdirə bilsəm paylaşacağam....”.
Məsələni diqqətdə saxlayırıq.
