XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Zakir Həsənov: Türkiyə Ərdoğanın sayəsində güclü dövlətə çevrildi
Ölkə23:59 28.08.2026

Zakir Həsənov: Türkiyə Ərdoğanın sayəsində güclü dövlətə çevrildi

Türkiyənin Zəfər Bayramı və Türk Silahlı Qüvvələrinin 104-cü ildönümü münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirəm.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycan səfirliyində 30 Avqust – Zəfər bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.

"Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində Türkiyə böyük uğurlara nail olub və güclü dövlətə çevrilib. Qardaş ölkənin hər bir uğuru bizi də böyük sevinc hissi ilə sevindirir.

Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” prinsipləri əsasında daha da möhkəmlənir", - deyə Z.Həsənov qeyd edib.