
Müdafiə Nazirliyi yeni nazir Zakir Həsənovun "facebook"dakı səhifəsi ilə bağlı açıqlama verib.
Qaynar.info xəbər verir ki, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, müdafiə naziririnin adına yaradılmış "facebook" səhifəsi saxtadır:
"Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun adına yaradılmış “Facebook” səhifəsi saxtadır. Cənab nazirin adına heç bir "facebook" səhifəsi yoxdur".
Qeyd edək ki, bir neçə gün bundan əvvəl "facebook" sosial şəbəkəsində "general-polkovniki Zakir Həsənov" adında səhifə yaradılıb və mətbuatda bu barədə məlumat gedəndən sonra səhifə yığışdırılıb. Dünəndən etibarən sözügedən səhifə yenidən eyni adla görünməyə başlayıb.
Qaynar.info