Xəbər lenti

Zakir Nəsirov azadlığa çıxdı
Ölkə16:58 08.04.2017

Zakir Nəsirov azadlığa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 6-da Azərbaycan DİN Cinayət axtarışı idarəsinin keçmiş rəisi, general-mayor Zakir Nəsirov azadlığa çıxıb.

"Qaynar" virtualaz.org-a istinadən bildirir ki, keçmiş general qapalı Qobustan həbsxanasından həbs meddətinin 2/3 hissəsini çəkdikdən sonra buraxılıb.

Məlumata görə, prezidentin əfv fərmanına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuşdu.

General-mayor Zakir Nəsirov "Qara kəmər" əməliyyatının nəticəsində həbs edilmişdi. Həmin əməliyyat çərçivəsində Azərbaycan ərazisində insan oğurluğu və qətllərdə ittiham edilmiş cinayətkar dəstə zərərsizləşdirilmişdi. 

Qaynar.Az