Xəbər lenti

Zakir Qaralov vətəndaşları qəbul etdi
Ölkə07:09 12.07.2013

Zakir Qaralov vətəndaşları qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan respublikasının Baş prokuroru Zakir Qaralov Şəkidə vətəndaşları qəbul edib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının vətəndaşları iştirak ediblər. Qəbul zamanı 100-dən çox vətəndaşın şikayət və ərizələrinə baxılıb və dinlənilib. Şikayətlər, əsasən, sosial məsələlər, mülki məsələlər və hüquq mühafizə orqanlarının işindən ibarət olub. Vətədaşları qəbul edən baş prokuror Zakir Qaralov onları dinlədikdən sonra məsul şəxslərə lazımi tapşırıqlar verib.

Bəzi vətəndaşların şikayətləri elə yerindəcə öz həllini tapıb. Sakinlər isə öz növbələrində Baş prokurora onları qəbul edib şikayətlərini dinlədiyinə görə minnətdarlıqlarını bildiriblər.

Nəzərinizə çatdıraq ki, bundan sonra da respublikanın digər bölgələrində də Baş prokuror tərəfindən vətəndaşların qəbulu gözlənilir.

Qaynar.info