Xəbər lenti

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
Ölkə05:53 23.03.2019

Zaqatalada canavarlar 40-dan çox heyvanı parçaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatalada canavarlar fermaya hücum edib.
Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qandax kəndində qeydə alınıb. Canavarlar kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvanı parçalayıb.
R.Məmmədov bildirib ki, hücuma məruza qalan heyvanlardan 12 tələf olub, qalanları isə yaralıdır.
Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub.