Topaz Premyer Liqasında IX turun oyunları davam etdirilir. Fanat.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç baş tutub.
Günə AZAL - "Bakı" matçı ilə start verilib. Nurlan Novruzovun 46-cı dəqiqədə vurduğu qol "Bakı"ya qələbə qazandırıb. 76-cı dəqiqədə qırmızı vərəqə alan Vüqar Bəybalayev qonaqları azlıqda qoysa da, AZAL-ın hesabı bərabərləşdirməyə gücü çatmayıb.
Günün ikinci oyununda "Simurq" "Araz Naxçıvan"ı qəbul edib. Zaqatala klubu darmadağınla qələbə qazanıb. Hesabı 34-cü dəqiqədə Marko Stanoyeviç açıb. 46, 56 və 90+3-cü dəqiqələrdə het-trik edən Rəşad Eyyubov darmadağını rəsmiləşdirib - 4:0.
Qeyd edək ki, IX tura dünən start verilib. İlk oyunda "Qəbələ" "Sumqayıt"ı 3:1 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Qarabağ" - "Xəzər Lənkəran" və "Neftçi" - "İnter" oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
2014/15 mövsümü
I dövrə, IX tur
25 oktyabr
AZAL - Bakı 0:1
Qol: Nurlan Novruzov, 46.
Simurq - Araz Naxçıvan 4:0
Qollar: Marko Stanoyeviç, 34. Rəşad Eyyubov, 46; 56; 90+3.
Qaynar.info