Xəbər lenti

Zaur Əkbər Helsinki Komissiyasının üzvləri ilə görüşüb - FOTO
Ölkə15:02 17.11.2016

Zaur Əkbər Helsinki Komissiyasının üzvləri ilə görüşüb - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənclərin Atlantik Müqaviləsi Assosasiyasının rəhbəri Zaur Əkbər Amerika Birləşmiş Ştatlarında işgüzar görüşləri davam edir.

Qaynarinfo.Az xəbər verir ki, Zaur Əkbər ABŞ Konqresində Helsinki Komissiyasının üzvləri, komitənin baş hüquqşünası Erika Schlager ve baş siyasi məsləhətçi Robert Hand ile görüşüb.

Zaur Əkbər bildirib ki, görüşdə bizə Helsinki Komissiyasının yaranma tarixi, əsas məqsədləri və fəaliyyət istiqamətləri haqqında Komissiya üzvüləri tərəfindən geniş melumat verilib:" Komissiyanın işinə uyğun olaraq bir sıra ölkələrdə, o cümlədən də Azerbaycandakı son ictimai-siyasi vəziyyəti müzakirə etdik. Müzakirələr əsnasında Komissiya üzvülerinə Azerbaycanla bağlı hazırlanmış "Demokratiya Aktı" layihəsinin dayanıb yoxsa davam etməsilə bağlı sual etdim. Cavab verildi ki, heç nə dayanmayıb, iş gedir. 

Helsinki Komissiyası ilə görüşdən sonra dinləyici kimi Nümayəndələr Palatasında konqresmenlərin Suriya ilə bağlı qetnamə layihəsinin müzakirəsinə dair debata qatıldıq. Müzakirələr zamanı Helsinki Komissiyasının rəhbəri, konqresmen Kristian Smith aktiv görünürdü".

Xatırladaq ki, Zaur Əkbər Amerika Yehudi Komitesinin deveti ile bir neçe günlük ABŞ-a işgüzar səfərə yollanıb. Səfər zamanı bir sıra görüşlər nəzərdə tutulub.

Aydın Mirzə

Qaynarinfo.Az