Xəbər lenti

Özbək cəzalandırıldı
İdman15:32 30.08.2016

Özbək cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi "Qalatasaray" və "Fənərbaxça" klublarının prezidentlərini cəzalandırıb. 

Qaynarinfo.Az xəbər verir ki, bu barədə futbol qurumunun saytı məlumat yayıb. 

Hər iki klub rəhbəri idman prinsiplərinə zidd açıqlama verdikləri üçün səlahiyyətlərindən məhrum olublar. 

Ən ağır cəzaya "Fənərbaxça” prezidenti Aziz Yıldırım məruz qalıb. O, 120 gün müddətinə səlahiyyətlərindən məhrum edilib. Eyni zamanda 140 min lirə cərimələnib.

"Qalatasaray”ın prezidenti Dursun Özbəyin cəzası isə 45 gün çəkəcək. Həmçinin o, 30 min lirə cərimə edilib.

Qaynarinfo.Az