"Bu il qəbul planında dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 66,1 faiz, yəni 8150 yer artıb".
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev media nümayəndələri üçün təlimdə çıxışında deyib.
O bilidirib ki, 2017-2018-ci il bu yerlərin sayı 12 324 idisə, yeni planda, 2019-2020-ci tədris ilində bu rəqəm 20 474 yer təşkil edir.
"Bu da o deməkdir ki, ötən il qəbulun 50 faizi dövlət sifarişli yerlər olub. 5 il bundan əvvəl 9 nəfər 700 bal toplamışdısa, 2018-2019-cu ildə 29 nəfər maksimal balı toplaya bilib.
Həmçinin 5 il əvvəllə müqayisədə 2018-ci ildə 600-dən çox bal toplayanların sayı 23 faizdən 83 faizə qalxıb. Özəl universitetlərdə də qəbul planı 40 faizdən 60 faizə qədər artıb".