Xəbər lenti

Zelenskaya Qərbə müraciət etdi, yardım istədi:
Dünya 16:11 09.12.2023

Zelenskaya Qərbə müraciət etdi, yardım istədi: "Bizim üçün çox ağrılıdır"

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya Qərb ölkələrinə müraciət edərək Kiyevə yardımı dayandırmamağı xahiş edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Bizim həqiqətən köməyə ehtiyacımız var. Yardım etmək üçün ehtiraslı istəyin sönə biləcəyinin əlamətlərini görmək bizim üçün çox ağrılıdır”, deyən Zelenskaya yardımların sürətinin azalmasının ölkə üçün təhlükə yaratdığını qeyd edib.

Dekabrın 9-da "Military Watch Magazine” yazıb ki, bir sıra ABŞ siyasətçiləri Qərb texnikasının böyük itkiləri və ilin yayında başlayan əks-hücumun uğursuzluğu səbəbindən Ukraynaya yardımı davam etdirmək istəmirlər.

Bundan əvvəl Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Maks Berqmann "New York Times" qəzetinə müsahibəsində ABŞ-ın Ukraynaya gələcək dəstəyi ilə bağlı qeyri-müəyyənliyin xaosa səbəb olduğunu və Ukrayna Silahlı Qüvvələrinin cəbhədə öz hərəkətlərini planlaşdırmasınıqeyri-mümkün etdiyini bildirmişdi. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->