ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskidən Ukraynanın F-16 qırıcılarından Rusiya ərazisində istifadə etməyəcəyinə dair "mütləq təminat” alıb.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Bayden bunu G7 sammitində Zelenski ilə görüşündən sonra
bildirib.
Eyni zamanda Bayden vurğulayıb ki, F-16 təyyarələrindən "Rusiya qoşunları Ukrayna və region sərhədləri daxilində hər yerdə” istifadə edilə bilər.
O, həmçinin vurğulayıb ki, bu təyyarələrin yaxın həftələrdə Ukraynanın hücumunda istifadə ediləcəyi ehtimalı çox azdır. Bayden həmçinin əmin olduğunu bildirib ki, onlar Ukrayna qüvvələrinə, məsələn, Baxmutla bağlı vəziyyətdə kömək etməyəcəklər, lakin gələcəkdə vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilərlər.
Aydın
Şərhlər