Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşı, prezident Volodimir Zelenskinin Rusiyanın hücumundan sonra necə dəyişdiyindən danışıb.
Qaynarinfo xəbər verir ki, birinci xanım bu barədə telemarafonda açıqlama verib.
O qeyd edib ki, Zelenski bəzi xarakterik xüsusiyyətlərini kəskinləşdirib və həm də daha sentimental olub.
"Deyə bilərəm ki, onun xarakterinin daha kəskin və daha vacib xüsusiyyətləri var - inadkarlıq, qətiyyət, dözümlülük. Bu xüsusiyyətlər hər bir insan üçün həmişə vacibdir, amma indi hamımızın içində olduğumuz bu vəziyyətdə bizim prezident, bizim ölkə üçün daha çox vacibdir", deyə Zelenskaya qeyd edib.
Birinci xanım həmçinin bildirib ki, Ukraynanın hazırkı prezidenti bəzi sadə şeylərdə daha sentimental olub.
"Normal bir insan üçün çox sadə olan şeylər, ailənizlə, uşaqlarınızla ünsiyyətdən məhrum olduğunuzda, həqiqətən də bunu qiymətləndirirsiniz. Buna görə də, indi onu uşaqlarla əlaqəli hər hansı bir biblo ilə sevindirə bilərsiniz. Ona oğlunuzun şəklini göndərin və ya qızınızın dediklərini ona söyləyin. Və bu indi ona çox emosional təsir göstərir. Əvvəllər bu qədər həssas deyildi", deyə prezidentin xanımı bildirib.
Aydın
Şərhlər