Rusiyanın Ukraynaya hücuma başladığı ilk günlərdən bütün dünya bizə təslim olmağı məsləhət görürdü.
Qaynarinfo "Pravda”ya istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Zelenski
deyib.
Zelenski ilk gündən dünyanın Ukrayana rəğbət bəslədiyini, ancaq bu hücum qarşısında dayana bilməyəcəyini düşündüyü bildirib.
O, ilk günləri xatırlayaraq deyib:
"Çoxları ölkəni tərk etməyi, faktiki olaraq tiraniyaya təslim olmağı məsləhət görürdü. Ancaq bizi tanımırdılar və ukraynalıların nə qədər cəsarətli olduğunu, bizim azadlığı nə qədər qiymətləndirdiyimizi, istədiyimiz kimi yaşamaq imkanlarımızı bilmirdilər”.
O, işğalçıların Ukraynada və ukraynalılara qarşı elədiyi hər şeyə görə cavab verəcəyini bildirib:
"Rusiya ordusu 80 il əvvələ, hamının "bir də heçvaxt” dediyi o dəhşətli dövrə geri atdığı bizim Buça, Kramatorsk, Volnovaxo, Axtırka, Hostomel, Borodyanka, İzyum, Mariupul və digər gözəl şəhərlərdə və Ukrayna icmalarında etdiklərinə görə cavab verəcəklər. Budur, o ikinci dəfə baş verir. Bəli, indi...”
Ukrayna prezidenti bütün bunların bir daha baş verməməsi üçün hər şey edəcəklərini deyib.
Nurlan Hüseynov
Şərhlər