Ukrayna prezidenti Volodimir Zelenski və rusiyalı dissident Aleksey Navalnı Nobel Sülh Mükafatını qazanmaq üçün favoritlər sırasındadır.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat
yayıb.
Bukmeker kontorları Zelenskini əsas iddiaçı kimi görsələr də, ekspertlər hesab edirlər ki, hərbi lider kimi Ukrayna prezidentinin adı çəkilməyəcək. Rusiya dissidentləri keçən il və ondan əvvəlki il qələbələr qazandığından, həbsdə olan Navalnının şansı azalır. Bukmekerlər üçüncü favorit kimi həbsdə olan uyğur fəal İlham Tohtini görür, baxmayaraq ki, bu Çini qəzəbləndirə bilər.
Nizami Bağırov
Şərhlər