Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya təhlükəsizlik səbəbi ilə ərindən ayrı yaşayır.
Qaynarinfo xəbər verir ki, xanım Zelenskaya bu barədə "The Jerusalem Post”a
danışıb.
O, qeyd edib ki, hər gün işləmək üçün Prezident Aparatına gedir. Qadının sözlərinə görə, Zelenski təhlükəsizlik baxımından ofisdə gecələyir və özü isə işdən uşaqların yanına qayıdır.
"Əgər bəxtimiz gətirsə, nahar üçün ofisdə görüşürük. Hazırda heç birimizin asudə vaxtı və ya əyləncəsi yoxdur", deyə xanım Zelenskaya bildirib.
Vladimir Zelenskinin həyat yoldaşı iyunun 19-da İsrailə ilk səfərinə başlayıb. O, dəvəti ilə İsrail dövlətinə səfər etdiyi ölkə prezidenti Yitzhak Hersoq və xanımı ilə görüşüb.
Aydın
Şərhlər