Xəbər lenti

Zəlzələdə yetim qalmış körpələri Azərbaycan vətəndaşları övladlığa götürə bilərmi?
Ölkə09:29 14.02.2023

Zəlzələdə yetim qalmış körpələri Azərbaycan vətəndaşları övladlığa götürə bilərmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zəlzələdə yetim qalmış körpələri Azərbaycan vətəndaşları övladlığa götürə bilərmi?
"Zəlzələ nəticəsində kimsəsiz qalan uşaqların Azərbaycan vətəndaşları tərəfindən övladlığa götürülməsi məsələsi Azərbaycan deyil, Türkiyə qanunvericiliyi ilə tənzimlənir”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Günel Səfərova Azərbaycan vətəndaşlarının Türkiyədə zəlzələ nəticəsində ata-anasını itirən uşaqların övladlığa götürmək niyyətləri ilə bağlı təkliflərin hüquqi tərəflərini açıqlayarkən deyib. 
Vəkil bildirib ki, Türkiyə qanunvericiliyində dərhal övladlığa vermək praktikası yoxdur: 
"Əvvəl qoruyucu ailə olur, yəni, uşaq onlarda qala bilər, aparıb-gətirə bilərlər, amma tam olaraq həmin uşaqların hüquqları onu övladlığa götürən ata-anaya keçmir”. 
Günel Səfərova deyib ki, bu məsələ Türkiyədə mərhələli şəkildə həyata keçirilir:
"Orada qiymətləndirmə çətindir, bu mərhələləri keçdikdən sonra övladlığa verilmə anı gəlir. Beynəlxalq monitorinq alətləri zəif olduğuna görə, məsələn, bu ölkələrarası mübadilə ilə tənzimlənirsə də, sonda uşaq Türkiyə vətəndaşı hesab edilir. Azərbaycan vətəndaşları həmin uşaqları övladlığa götürsə, onu Türkiyə necə monitorinq edəcək? Praktikada belə məsələlər demək olar ki, yoxdur”. 
Vəkil bu prosesdə başqa məsələlərin olduğunu önə çəkib:
"Türkiyə əhalisi bizdən qat-qat çoxdur. Orada övladlığa uşaq götürmək istəyənlərin sayı da bizdəkilərdən çoxdur. Həmin gözləmə sırasını izləyəndə azərbaycanlılara bu növbənin çatacağını inanmıram. Ona görə deyə bilərəm ki, niyyət gözəldir, amma bunun praktikada icrası çətindir”. 
Bahar Rüstəmli