Xəbər lenti

Zəlzələyə davamlı bina tikmək mümkündürmü? - Ekspert
Ölkə09:20 15.02.2023

Zəlzələyə davamlı bina tikmək mümkündürmü? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hündürmərtəbəli binalar tikərkən bir neçə amili nəzərə almaq lazımdır. Binanın əsası onun konstruksiya hissəsində qurulur. Konstruksiya torpağın kateqoriyasına uyğun olaraq seçilir və relyef quruluşu təyin edilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Əsədov deyib. Ekspert Bakı və Abşeronun seysmik zona olduğunu xatırladıb:
"Bina tikilərkən torpağın çuxurları, sıxlığı və digər parametrlərinə görə onun geologiyası laboratoriyada yoxlanılır. Analizlərin cavablarına uyğun olaraq memar binanın dayanıqlığını elə formada qurmalıdr ki, bina normadan əlavə dayanıqlı olsun. Düzdür, bu tikinti şirkətlərinə heç də sərf etmir. Artıq konstruksiyaya əlavə divarlar, seymsik pərdələr, dayanıqlıq vermək və s. mütləq şəkildə nəzərə alınmalıdır”. 
Elnur Əsədov əlavə edib ki, Azərbaycanda bina tikərkən ən vacib məqamlardan biri inşa zamanı binaların hər mərtəbəsindən analiz nümunələrinin götürülməsidir:
"Binaların sıxılığı yoxlanılır. Bina inşa olunub bitəndən sonra hər mərtəbədən götürülən analizlər əsasında verilən rəylər işə tikilir. Sonda bina Fövqalədə Hallar Nazirliyi tərəfindən yoxlanılır. Əgər, bina tikiləndə bütün amillər nəzərə alınıbsa, o zaman dövlət və həmin idarə tərəfindən istimara qəbul olunur”. 
Bahar Rüstəmli