Xəbər lenti

Zəncanlı idmançı Azərbaycana niyə sığındı? (TƏFƏRRÜAT)
İdman12:08 26.04.2022

Zəncanlı idmançı Azərbaycana niyə sığındı? (TƏFƏRRÜAT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avarçəkmə üzrə iranlı idmançı Bəhmən Nəsirinin Azərbaycanda sığınacaq almasının pərdəarxası məqamları açıqlanıb.
Qaynarinfo "Azad İran" "Telegram" kanalına istinadəm xəbər verir ki, bu barədə İranın Avarçəkmə Federasiyasının prezidenti Əlirza Söhrabian rokna.net saytına müsahibəsində danışıb.
"Üç il öncə biz həmin idmançını Azərbaycandan İrana qaytaranda onun ölkədə işlə təmin edilməsi üçün əlimizdən gələni etdik. O, xalqa xidmət etmək üçün yanğınsöndürmə idarəsində işləmək istəyirdi, amma haraya müraciət etsək də, qapılar üzümüzə bağlandı", deyə federasiya rəhbəri bildirib.
Əlirza Söhrabian Bəhmən Nəsirinin işlə təmin edilməsi üçün İranın İdman və Gənclər Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsi ilə danışıqlar aparıldığını, yazışmalar həyata keçirildiyini deyib:
"Bu iki qurumun səylərinə baxmayaraq, təəssüf ki, başqa orqanlar tərəfindən problemlər yaradıldı".
Aydın