Xəbər lenti

Zəngilan Hava Limanının texniki göstəriciləri və əhəmiyyəti - Deputat
Ekonomiks11:09 31.08.2022

Zəngilan Hava Limanının texniki göstəriciləri və əhəmiyyəti - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru çox qısa zamanda yenidən qurur və inkişaf etdirir. Şərqi Zəngəzurda müasir standartlara uyğun inşa edilən hava limanı bütövlükdə bölgənin inkişafı və təhlükəsizliyinin gücləndirilməsi baxımdan vacib layihələrdən hesab olunur”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Zəngilan Hava Limanında ilk test uçuş həyata keçirilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, inkişaf etmiş dövlətlərin, xüsusən də Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi inkişafın dayanıqlığı və daha çox sərmayənin cəlb edilməsi, həmçinin nəqliyat sisteminin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq hava limanlarının istifadəyə verilməsindən asılıdır:
"Qarabağın və eləcə də Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Bu potensialın reallaşması və xüsusən də həmin ərazilərimizdə istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanlarına ehtiyac var idi. Digər tərəfdən, region böyük turizm potensialına malikdir. Təbii ki, bu, həmin turizm potensialını reallaşmasına imkan verəcək. Bu infrastrukturlar Azərbaycana gələn turistlərin sayının artması və xüsusən daxili turizmin daha da genişlənməsi üçün yeni imkanlar yaradacaq”.
Zəngilan Hava Limanının texniki göstəricilərinə gəldikdə isə, deputat bildirib ki, liman uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq:
"Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə, hər növ təyyarələri qəbul edə biləcək. Şərqi Zəngəzur və ölkəmiz üçün xeyirli və düşərli olsun”.
 
Bahar Rüstəmli