Xəbər lenti

Zəngin ərəblərin Azərbaycanda ov keyfi - VİDEO
Ölkə16:55 28.11.2016

Zəngin ərəblərin Azərbaycanda ov keyfi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb. 
Baku.ws-in məlumatına görə, Azərbaycanın rayonlarında ov edən şeyxlər nadir canlıları ovlamağa davam edir. 
Yüzlərlə canlı ovlayan ərəblər bu əyləncələrinə sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdirirlər. Videolardan görünür ki, ərəblər Azərbaycan hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə Qətər və Dubaydan ölkəmizə  axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır. 
Qeyd edək ki, ərəblərin ölkəmizdə turlarını yerli şirkətlər təşkil edir. Otel, silah-sursat və avtomobillərlə ərəbləri təchiz edirlər və bununla da yaxşı qazanc əldə edirlər. Artıq bu xidmət Azərbaycanda yeni biznes fəaliyyəti kimi formalaşmağa başlayıb.   
Qaynarinfo.Az