Siyasət 18:06 07.07.2023

Zərdüşt Əlizadə: ”İrəvan heç nəyə nail ola bilməyəcək”

"Qriqoryanın Sallivanla görüşü İrəvanın Azərbaycan-Ermənistan münasibətlərinə Ağ Evin mövqeyini öyrənmək, dəqiqləşdirmək, həm də təsir etmək məqsədi daşıyır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politooq Zərdüşt Əlizadə Ermənistan Təhlükəsizlik Şurası katibinin Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirilə görüşünü şərh edərkən deyib: 

"Belə bir görüşün keçirilməsi ABŞ-ın Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilik rolu və təsir imkanlarının genişlənməsilə bağlıdır. Ermənistan da bu fonda  çalışır ki, Vaşinqtona öz mövqeyini müfəssəl, daha geniş və əsaslı şəkildə izah etsin və belədə  Amerikanın dəstəyini qazansın. İrəvanın  görüşdə məqsədi budur. ABŞ-ın ona necə yanaşacağı və ermənilərin bu istəyini qəbul edib-etməyəcəyi Ametikanın özündən asılıdır. Ermənistanın bundan başqa Amerikada nə işi var ki? Ermənistan rəsmiləri bu görüşlə Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi üzrə Vaşinqtonun mövqeyini həm öyrənmək, həm dəqiqləşdirmək, həm də bu müstəvidə ona təsir etməyi düşünürlər. Amma əbəs cəhdlərdir. İrəvan heç nəyə nail olmayacaq”. 

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ  Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Görüş iyulun 6-da Ağ Evdə baş tutub. 

Rüfət Sultan