Xəbər lenti

Zərərçəkən Yadigar Sadıqovun üzünə durdu
Ölkə14:35 12.11.2013

Zərərçəkən Yadigar Sadıqovun üzünə durdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Lənkəran rayon Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
 
APA-nın cənub bürosunun xəbərinə görə, hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rəşid Kərimov ifadə verib. R. Kərimov ifadəsində Y. Sadıqovun onu döydüyünü, bədən xəsarətləri yetirdiyini diqqətə çatdırıb.
 
Daha sonra Yadigar Sadıqov ifadə verib. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən  ittihamları rədd edib. Prosesdə, həmçinin şahidlərin ifadələri alınıb.
 
Növbəti proses noyabrın 22-nə təyin olunub.
 
Qeyd edək ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.


Qaynar.info