Xəbər lenti

Zeynəb Xanlarova deputatları tənqid etdi
Ölkə09:12 29.10.2013

Zeynəb Xanlarova deputatları tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Parlamentdə qarabağlılar var, onlar heç Qarabağdan danışmır...” 

Qafqazin.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zeynəb Xanalarova çıxış edib. O, spiker Oqtay Əsədovun beynəlxalq təşkilatlarla bağlı çıxışından sonra söz alaraq bunları deyib.

"Sizin bir sözünüz oldu, xoşuma gəldi,  danışmaq qərarına gəldim. Başqa ölkələrdə nə baş verirsə, burda başlayırlar müzakirə etməyə. Bizim nəyimizə lazımdır? Bizim xalqımız Qarabağda qırılıb ondan danışaq. Hər iclasda Qarabağdan danışmaq lazımdır. Parlamentdə qarabağlılar var. Amma onlar heç danışmırlar. Qarabağdan danışanlar başqa yerlərdən olanlardır".

Qaynar.info