Xəbər lenti

Zeynəb Xanlarovanın köməkçisinin iddiasını təmin olundu
Ölkə12:47 25.09.2013

Zeynəb Xanlarovanın köməkçisinin iddiasını təmin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Səbail rayon Məhkəməsində xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Maral Hüseynovanın Türkiyə vətəndaşı Seyfi Azərioğluna qarşı iddiası əsasında məhkəmə prosesi davam etdirilib.

S. Azərioğlunun vəkili Müzəffər Baxışovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub.

Qərara əsasən, M. Hüseynovanın iddiası qismən təmin edilib. Məhkəmə S. Azərioğlunun M. Hüseynovaya 112 min dollar, həmçinin dəymiş mənəvi ziyana görə 10 min dollar ödəməsi barədə qərar qəbul edib. M. Hüseynova iddiasında bildirib ki, konsert təşkili işindən o, həmişə 50 min dollar qazanıb. O, həmin məbləği də qarşı tərəfdən tələb edib. Lakin məhkəmə iddianın bu hissəsini təmin etməyib.

Qeyd edək ki, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Maral Hüseynova Türkiyə vətəndaşı Seyfi Azərioğluna konsert təşkili üçün pul verdiklərini, lakin onun pulları mənimsəməsi barədə iddia ilə Səbail rayon Məhkəməsinə müraciət edib.

Qaynar.info