Sumqayıt-Bakı yolunda, "Bakı" Peşəkar Futbol Klubunun bazasının qarşısında zibildaşıyan maşının aşması nəticəsində hazırda paytaxta giriş yolunda böyük tıxac yaranıb. Bu barədə hadisə yerində olan şahidlər məlumat verir.
Məlumata görə, zibildaşıyan maşın ilk öncə yolun ortasında maneə çırpılıb, sonra təxminən 200 metr getdikdən sonra yolun ortasına aşıb. Bir müddətdən sonra avtomobil yolun kənarına çəkilsə də, hazırda 3-4 kilometr uzunluğunda tıxac yaranıb.
Yol polisi əməkdaşları tıxacın aradan qaldırılması üçün müvafiq işlər görürlər.