Xəbər lenti

Zidan 3-cü Superkubokunu qazana biləcəkmi?
İdman14:17 09.08.2016

Zidan 3-cü Superkubokunu qazana biləcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

Qaynarinfo.Az xəbər verir ki, "Real" və "Sevilya" klubları arasında keçiriləcək oyun Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan üçün böyük əhəmiyyət kəsb edir. “Real” bu gün qalib gələcəyi təqdirdə Zidan bu kuboku həm də futbolçu kimi qazanmış 5-ci baş məşqçi olacaq. Zidan futbolçu karyerası ərzində 1996-cı ildə "Yuventus"un heyətində PSJ klubuna, 2002-ci ildə isə "Real"ın oyunçusu kimi "Feyenord"a qalib gəlməklə 2 dəfə Superkuboku başı üzərinə qaldırıb. 

Qeyd edək ki, indiyə qədər Karlo Ançelotti, Dieqo Simeone, Xosep Qvardiola və Luis Enrike həm oyunçu, həm də baş məşqçi kimi UEFA Superkubokunun qalibi olublar. 

UEFA Superkubokunu futbolçu kimi də qazanmış baş məşqçilər:

Karlo Ançelotti

Oyunçu kimi: "Milan" (1990)

Baş məşqçi kimi: "Milan" (2003, 2007), "Real" (2014)

Dieqo Simeone

Oyunçu kimi: "Latsio" (1999)

Baş məşqçi kimi: "Atletiko" (2012)

Xosep Qvardiola

Oyunçu kimi: "Barselona" (1992)

Baş məşqçi kimi: "Barselona" (2009, 2011), "Bavariya" (2013)

Luis Enrike

Oyunçu kimi: "Barselona" (1997)

Baş məşqçi kimi: "Barselona" (2015)

Elçin Mahmud

Qaynarinfo.Az