Xəbər lenti

Zidan ermənipərəst namizədə qarşı: "Ona səs verməyin"
İdman13:45 29.04.2017

Zidan ermənipərəst namizədə qarşı: "Ona səs verməyin"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Real"ın baş məşqçisi Zinəddin Zidan Fransa prezidentliyinə namizədə qarşı çıxıb. 

"Qaynar" fanat.az-a istinadən xəbər verir ki, əfsanəvi futbolçu vətəndaşlarını radikal sağçı namizəd Marine Le Penə səs verməməyə çağırıb.

Zidan Marine Le Penin seçkiyə qədər rəhbərlik etdiyi radikal sağçı Milli Cəbhənin ideologiyasını qəbkl etmədiyini bildirib. Hər kəsi radikallıqdan uzaq olmağa çağıran Əlcəzair əsilli mütəxəssis "Radikallıq heç bir zaman yaxşı niyyət deyil" deyib. 

Qeyd edək ki, 11 namizədin yarışdığı Fransa prezidentliyi uğrunda seçkilərin ilk turu aprelin 23-də keçrilib və namizədlərdən heç biri lazımi qədər səs toplaya bilməyib. Belə ki, "İrəli" Hərəkatının lideri Emmanuel Makron 24.01, Marine Le Pen isə 21.3 faiz səs toplayaraq ikinci tura keçib. 

Marine Le Pen ermənipərəst namizəd kimi tanınır.

Qaynar.Az