Xəbər lenti

Zidan tarixi göstəricinin bir addımlığında
İdman14:16 13.06.2020

Zidan tarixi göstəricinin bir addımlığında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zinəddin Zidan "Real"ın baş məşqçisi kimi 200-cü matçına çıxacaq.
Qaynarinfo xəbər verir ki, sabah La Liqanın 28-ci tur çərçivəsində "Eybar"la oynanılacaq matç Zizu üçün 200-cü olacaq.
"Kral klubu"nun baş məşçisi kimi daha öncə bu uğura sadəcə iki nəfər nail olub: Migel Munyos (605 oyun) və Visente del Boske (236 oyun).
"Real" fransız mütəxəssisin rəhbərliyi altında 131 qələbə qazanıb, 42 görüşdə bərabərliyə razı olub, 26 oyunda isə meydanı başıaşağı tərk edib.