Xəbər lenti

Zidanın kəlləsinə qoyulan heykəl müsəlmanları qəzəbləndirdi
İdman18:18 30.10.2013

Zidanın kəlləsinə qoyulan heykəl müsəlmanları qəzəbləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya futbolunun canlı əfsanəsi Zinəddin Zidanın 2006-cı ildə keçirilən Dünya Çempionatının finalında İtaliya millisinin futbolçusu Materazziyə atdığı kəlləni simvolizə edən heykəl Qətəri qarışdırıb. 

Anspress xarici mətbuata istinadla xəbər verir ki, Qətər ictimaiyyəti heykəlin islama uyğun olmadığını və idman "centlemen"liyinə yaraşmadığı fikrindədir. Onlar Dohada qoyulan 5 metr hündürlükdə olan heykəlin gənclərə pis örnək olacağı qənaətindədir. 

Qətər mediası Dohada qoyulan ilk insan heykəlinə qarşı apardığı kampaniyada Zidanın məlum hərəkətinin təbliğ olunmasının düzgün olmadığını hökümət rəsmilərinə xatırladırlar. 

Qeyd edək ki, Zinəddin Zidan 2022-ci il Dünya Çempioantının Qətərdə keçirilməsi üçün böyük dəstək vermişdi.

Qaynar.info