Xəbər lenti

Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO
İdman18:00 22.05.2019

Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz bunu etdik, finaldayıq. Bakıda görüşənədək". Modern.az xəbər verir ki, bunu İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil "Twitter” hesabında yazıb.
Bakıda "Çelsi" ilə keçirəcəkləri Avropa Liqasının final matçından əvvəl azərbaycanlı azarkeşlərə müraciət edən Mesut  Özil 2018-ci il oktyabrın 4-də "Qarabağ"la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan və paytaxt gəzintisindən fotolarını paylaşıb.
Qeyd edək ki, final matçı mayın 29-da eyni arenada təşkil olunacaq.