"Zirə-2"nin yeni baş məşqçisinin adı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, komanda Zaur Həşimova tapşırılıb. Bu barədə klub rəsmi məlumat yayıb. PRO kateqoriyalı mütəxəssis cari mövsümün sonuna qədər bu vəzifəni icra edəcək.
Həşimov daha əvvəl də "Zirə"də çalışıb. O 2019-cu ildə əsas komandanın baş məşqçisi təyin olunub. 1 il bu vəzifəni icra edəndən sonra "Zirə"nin akademiyasına koordinator təyin olunan Həşimov 2022-ci ildə klubun Müşahidə Şurasına üzv seçilib.
"Zirə-2"ni buna qədər Azər Məmmədov çalışdırırdı.
Səbuhi Həsənov