Xəbər lenti

«Zirə» 3, «Qəbələ» 1 qolla qələbə qazandı
İdman16:08 14.10.2017

«Zirə» 3, «Qəbələ» 1 qolla qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Topaz Premyer Liqasında VIII turun oyunları davam edir. "Qaynarinfo" xəbər verir ki, bu gün turun daha iki qarşılaşması baş tutub.

Günün ilk oyununda "Zirə" "Kəpəz"i qəbul edib. İlk qələbəsini ötən tur qazanan "Kəpəz" Bakıdan da xalla dönmək arzusunda idi. Amma "Zirə" rəqibini darmadağın edərək "Qarabağ"ın xal fərqini artırmasına imkan verməib - 3:0. 47-ci dəqiqədə hesabı açan Təmkin Xəlilov 64-cü dəqiqədə dublunu rəsmiləşdirib. 79-cu dəqiqədə isə Riçard Qadze fərqlənib.

Günün digər oyunundat "Sumqayıt" "Qəbələ"ni qəbul edib. "Qırmızı-qaralar" səfər oyununda minimal hesablı qələbəyə sevinib. Matçın yeganə qoluna 29-cu dəqiqədə Famussa Kone imza atıb. Bununla da "Qəbələ" 3-cü pillədəki mövqeyini möhkəmləndirib.

Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "İnter"i 2:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Səbail" - "Neftçi” matçı ilə yekun vurulacaq.

Premyer Liqa

2017/18 mövsümü

II dövrə, VIII tur

14 oktyabr 

Zirə - Kəpəz 3:0

Qollar: Təmkin Xəlilzadə, 47; 64. Riçard Qadze, 79.

Zirə İdman Kompleksinin stadionu.

Sumqayıt - Qəbələ 0:1

Qol: Famussa Kone, 29.

Sumqayıt şəhər stadionu.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

7

6

1

0

14:3

19

2

Zirə

8

5

3

0

15:5

18

3

Qəbələ

8

5

1

2

11:8

16

4

Sumqayıt

8

3

1

4

8:11

10

5

İnter

8

2

2

4

7:11

8

6

Səbail

6

2

0

4

4:8

6

7

Neftçi

7

1

1

5

5:9

4

8

Kəpəz

8

1

1

6

5:14

4

Bombardirlər

Mahir Mədətov (Qarabağ) - 5. Təmkin Xəlilzadə (Zirə),Riçard Qadze (Zirə) - 4.

Qaynarinfo.Az