"Zirə" yeni futbolçularla müqavilə bağlayıb.
Qaynarinfo bu barədə klubun rəsmi saytına istinadən xəbər verir .
Bildirilir ki, Rəşad Sadıqovun baş məşqçi təyin olunduğu komanda Klesio Bauk, Rəşad Eyyubov və Kərim Diniyevlə bir, Sərtan Taşqınla isə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Bauk son mövsümü "Qəbələ”də, Eyyubovla Diniyev "Sabah”da, Taşkın isə "Sumqayıt”da oynayıb.