Xəbər lenti

"Zirə" daha bir yeni futbolçu ilə anlaşdı
İdman17:43 21.12.2019

"Zirə" daha bir yeni futbolçu ilə anlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zirə" klubu daha bir yeni futbolçu ilə anlaşıb.
Qaynarinfo-nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"dən ayrılan gürcüstanlı hücumçu Davit Volkovla müqavilə bağlanılıb. 24 yaşlı gürcüstanlı forvard 1,5 illik sözləşməyə imza atıb.
Volkov yeni klubunun rəsmi saytına açıqlamasında yaxşı əhval-ruhiyyədə olduğunu bildirib: "Zirə”yə keçdiyimə görə şadam. Yanvardan etibarən yeni komandama uğur qazanması üçün kömək etmək istəyirəm. Fikrimcə, "Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik. Bu, bizdən asılı olacaq”.
Qeyd edək ki, Davit Volkov daha əvvəl ölkəsinin "Qaqra", "Dinamo"(Tbilisi), "Çixura", "Sioni", "Saburtalo", Serbiyanın "Zemun" klublarında çıxış edib. Onun sonuncu klubu "Qəbələ" olub.