"Zirə"də yeni məşqçi təyinatı olub.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Fərhad Vəliyev qapıçıların hazırlığı üzrə məşqçi təyin edilib. Onunla 1 illik müqavilə imzalanıb. Buna qədər eyni vəzifəni yerinə yetirən Anar Niftəliyev isə əvəzedici heyətdə çalışacaq.
Səbuhi Həsənov