İdman 11:09 05.08.2022

"Zirə" əcnəbi futbolçuya görə millimizin gənc üzvünü icarəyə verdi

"Zirə” millimizin üzvü olan Cəlal Hüseynovu icarəyə verib.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi qarşıdakı mövsümü "Şamaxı”da keçirəcək.

"Qartallar” Moiz Adileunu heyətə cəlb etdikdən sonra əcnəbi mərkəz müdafiəçilərinin sayını üçə çatdırıb. Belədə Cəlalın ehtiyatda qalması aktuallaşıb. Bu səbəbdən Hüseynovun oyun praktikası qazanması üçün yerli futbolçulara güvənən bökgə təmsilçisində oynaması məsləhət bilinib.
 
Hüseynov Konfrans Liqasında Təl-Əviv "Makkabi”siylə matçlarda start heyətindən kənarda qalmış, yalnız səfər görüşün 80-ci dəqiqəsində meydana buraxılmışdı.
 
Səbuhi Həsənov