Xəbər lenti

"Zirə" - "Kəpəz” matçının vaxtı yenidən dəyişdirildi
İdman14:34 24.02.2025

"Zirə" - "Kəpəz” matçının vaxtı yenidən dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun "Zirə” - "Kəpəz” matçının başlama saatı dəyişdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. 
Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Qeyd edək ki, görüş saat 16:00-da başlamalı idi. Ötən gün gerçəkləşməli olan matç hava şəraitinə görə təxirə salınmışdı.