Xəbər lenti

"Zirə"nin Müşahidə Şurasının sədrindən "Qarabağ"a təşəkkür
İdman06:28 24.08.2022

"Zirə"nin Müşahidə Şurasının sədrindən "Qarabağ"a təşəkkür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov şəxsi tviter hesabından "Qarabağ"a təşəkkür edib.
Qaynarinfo xəbər verir ki, Məmmədov paylaşımında bu sözlərə yer verib: "Son nəfəsinə qədər və bütün gücünü meydanda qoyaraq mübarizə aparan "Qarabağ"a eşq olsun! Bizlərə yenidən Avropa Liqası həyəcanını yaşadacağına görə bu böyük kluba – "Qarabağ"a təşəkkür edirik! Böyük Hocaya və əsl vətənsevər igidlərə eşq olsun!"
"Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada "Viktoriya” (Plzen) komandasının qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.
Səbuhi Həsənov