Xəbər lenti

İdman 16:00 06.03.2024

"Zirə"nin stadionu təmirə bağlanılır? - Klub rəsmisi açıqladı

"Zirə” növbəti turda ev oyununu öz stadionunda keçirməyəcək.
 
Bu barədə klubdan rəsmi açıqlama verilib. Buna səbəb Zirə İdman Komplesinin ot örtüyünün yararsız vəziyyətə düşməsidir. Açıqlamada, Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində keçiriləcək "Kəpəz"lə oyunun Tofiq Bəhramov adına Respublika Stadionunda salındığı bildirilib. Peşəkar Futbol Liqasından da verilən açıqlamada stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparıldığı üçün klubun rəsmi müraciəti, eləcə də stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq "Kəpəz”lə görüşün sözügedən stadionda keçiriləcəyi bildirilib. Ancaq komandanın Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İK-ya qayıdacağı da vurğulanıb. "Zirə"nin Gəncə təmsilçisi ilə matçı martın 16-da baş tutacaq.

Maraqlıdır, "Zirə" İdman Kompleksinin stadionun bu yaxınlarda və ya mövsümün sonunda təmirə bağlanması da müzakirə olunubmu? Klubun mətbuat katibi Elmar Abdullazadə Qaynarinfo-ya açıqlamasında hələ ki bununla bağlı heç bir müzakirələr aparılmadığını deyib:
 
"Heç nə müzakirə edilməyib. Sadəcə, qazon pis vəziyətə düşüb. Dəyişdiriləcək və qaydaya salınacaq. Başqa heç nə müzakirə olunmayıb".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->