Xəbər lenti

"Zirə" son son dəqiqələrdə məğlubiyyətdən xilas oldu
İdman14:57 14.02.2021

"Zirə" son son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekub vurulub.
Qaynarinfo xəbər verir ki, turun sonuncu matçında "Zirə" "Sabah"ı qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Sabah"ın heyətində Kevin Kubemba 9-cu dəqiqədə hesabı açıb. 79-cu dəqiqədə Davit Volkov bərabərlik qolunu vurub. Kubemba 82-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 90+3-cü dəqiqədə isə Klesio Bauk növbəti dəfə tarazlığı bərpa edib.
Bu nəticədən sonra "Sabah" 14-cı xalını qazanaraq 6-cı pilləyə yüksəlib. "Zirə" isə 24 xalla 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qəbələ" evdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. XV turun digər oyunlarında "Neftçi" səfərdə "Qarabağ"ı 2:1, "Sumqayıt" isə evdə "Səbail"i 3:0 hesabı ilə üstələyib.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

15

9

3

3

20:16

30

2

Qarabağ

15

8

5

2

38:13

29

3

Zirə

15

6

6

3

20:16

24

4

Sumqayıt

15

6

4

5

20:20

22

5

Qəbələ

15

4

6

5

15:22

18

6

Sabah

15

4

2

9

16:21

14

7

Səbail

15

3

4

8

15:26

13

8

Keşlə

15

3

4

8

13:23

13

Bombardirlər

Mahir Emreli (Qarabağ) - 11. Namiq Ələsgərov (Neftçi) - 10. Filip Ozobiç (Qarabağ), Əli Qurbani (Sumqayıt) - 7. Kvabena Ovusu (Qarabağ), Davit Volkov (Zirə) - 6. Ağabala Ramazanov (Zirə), Kevin Kubemba (Sabah) - 5.