Xəbər lenti

“Zirə” “Xəzər Lənkəran”ı məğlub etdi - VİDEO
İdman15:25 17.04.2016

“Zirə” “Xəzər Lənkəran”ı məğlub etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində "Zirə" klubu doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib.
Oyunun ilk hissəsi heç-heçə başa çatıb.
İkinci hissəyə meydan sahibləri daha fəal başlayıb. Matçın 63-cü dəqiqəsində Nelson Bonilya komandasını hesabda önə çıxarıb - 1:0. Premyer Liqanın bombardirlər siyahısına başçılıq edən salvadorlu hücumçu qol sayını 14-ə çatdırıb. Qalan vaxta oyunda qol vurulmayıb və "Zirə" aktivinə 3 xal əlavə edərək 59 xalla turnir cədvəlindəki ikincilik mövqeyini qoruyub.
"Xəzər Lənkəran" isə 30 oyundan sonra 14 xalla 9-cudur.
Qeyd edək ki, turun son oyununda AZAL "Sumqayıt"ı qəbul edəcək.
Qaynar.info