Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
Qaynarinfo-nun məlumatına görə turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda Rəşad Sadıqovun komandası minimalhesablı qələbə qazanıb - 1:0. Yeganə qolu 65-ci dəqiqədə Mohamed Hamdaui vurub.
Günün növbəti qarşılaşması "Bakcell Arena"da baş tutacaq. "Neftçi" sözügedən stadionda "Səbail"i qəbul edəcək.
Səbuhi Həsənov