Xəbər lenti

"Zirə"nin hazırlıq planı müəyyənləşdi
İdman13:38 17.12.2021

"Zirə"nin hazırlıq planı müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. "Qartallar" burada  "İC Green Palace” otelində məskunlaşacaq.
"Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komandamız yanvarın 13-də Macarıstanın "Peç”, 20-də Polşanın "Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın "Breqalniça” klubları ilə qarşılaşacaq. "Zirə” yanvarın 25-də Bakıya dönəcək.
Səbuhi Həsənov