Xəbər lenti

"Zirə"nin qapıçısı qırmızı vərəqənin cəzasını aldı
İdman13:09 21.12.2021

"Zirə"nin qapıçısı qırmızı vərəqənin cəzasını aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, iclasın Birinci Diviziona həsr olunmuş hissəsində 12-ci turda baş tutan görüşlərdə qeydə alınan qayda pozuntularına aid aşağıdakı qərarlar çıxarılıb.
"Kəpəz” – "Zaqatala” oyununda "Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
"Turan Tovuz” – "Səbail-2” oyununda "Səbail-2” 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 80 manat cərimələnib.
"Keşlə-2” – "Zirə-2” qarşılaşmasında "Zirə-2”nin 41 nömrəli futbolçusu Anar Nəzirov "sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
Səbuhi Həsənov