"Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi Fəyyaz Xankişiyev işində yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu külli miqdarda maddi ziyana görə tutduğu vəzifədən azad olunub.
Bu barədə Qaynar.info veteninfo.az saytına istinadla məlumat verir.
Məlumatda qeyd olunur ki, bu həmin Xankişiyevdir ki, nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olduğunu bəyan edərək İmişlidən Bakı şəhərinə hər gün sənədsiz vaqonlarla qum-çınqıl materialları daşıtdırırdı.
Nəzərinizə çatdıraq ki, Fəyyaz Xankişiyevin qardaşı Aydın Xankişiyev də bir neçə gün bundan öncə Vətağa stansiyasının rəisi vəzifəsindən kənarlaşdırılıb, bacısı oğlu Nizami Məmmədov isə hələ ki, İmişli stansiyasının rəisidir.